Vinisus yeni rekorda imza atdı

10:07 - 03 İyun 2024

Vinisus yeni rekorda imza atdı

"Real Madrid"in ulduzu Vinisius Junior 2023/24 Çempionlar Liqasında 37 uğurlu driblinq edib.

 

Manset.az xəbər verir ki, bu rəqəm mövsüm üçün rekorddur. Belə ki, heç bir oyunçunun bu qədər uğurlu cəhdi olmayıb.

Bu driblinqlərdən səkkizi Çempionlar Liqasının finalında "Dortmund Borussiyası"na qarşı olub.

Rekord buna qədər ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Messiyə aid olub.

Qeyd edək ki, Vinisius "Real Madrid"ə 2018-ci ilin iyulunda "Flamenqo"dan keçib. Braziliyalı ulduzun transfer məbləği 45 milyon avro olub.

Bu mövsüm Vinisius 39 oyun keçirib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.

Forvardın hazırki transfer dəyəri 150 milyon avrodur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az