Karyerasını Avropada davam etdirmək istəyən "Qalatasaray"ın ulduz futbolçusu Kerem Aktürkoğlu Rusiyadan təklif alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu Moskvanın "Spartak" klubundan gələn təklifə rədd cavabı verib.

Daha əvvəl Avropanın Real Sosyedad komandasından gələn təklifi rədd edən oyunçu üçün "Qalatasaray" 15 milyon avro tələb edir.
Bildirilib ki, 2026-cı ilə qədər sarı-qırmızılarla müqaviləsi olan Kerem daha aşağı qiymətə heç bir komandaya transfer edilə bilməz.
Fidan Əliyeva
Manşet.az