"Mançester Yunayted"dən Vinisius üçün böyük təklif

14:41 - 23 İyul 2024

\"Mançester Yunayted\"dən Vinisius üçün böyük təklif

"Mançester Yunayted" "Real"ın hücumçusu Vinisius Juniorla maraqlanır.

 

Manset.az xarici mediaya istinadla bildirir ki, "qırmızı şeytanlar" 23 yaşlı futbolçuya ümumi maaşı 200 milyon avro olan 5 illik müqavilə təklif edir. Futbolçunun özü Madriddən ayrılmaq fikrində deyil.

Xatırladaq ki, Vinisius 2018-ci ilin iyulunda Flamenqodan “Real Madrid”ə keçib. Transfer məbləği 45 milyon avro olub. Ötən mövsüm Vinisius 39 oyun keçirib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.

Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az