"Real Madrid" in UEFA Superkuboku çərçivəsində "Atalanta"ya qarşı oyunu üçün düşərgə heyəti açıqlanıb.
Manset.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Bildirilib ki, heyətdə Türkiyənin milli futbolçusu Arda Gülər də yer alıb.
İspaniya klubunun açıqladığı heyətdə yer alan adları təqdim edirik:
“Kurtua, Lunin, Fran, Karvajal, Militao, Alaba, Lukas V., Fran Qarsiya, Valyexo, Rüdiger, Mendi, Yakobo, Bellinqem, Kamavinqa, Valverde, Modriç, Çuameni, Arda Güler, Dani Seballos, Vinisius Jr., Mbappe, Rodriqo, Endrik, Brahim Diaz”.
Qeyd edək ki, bu gün "PGE Narodovy" stadionunda keçiləcək oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Fidan Əliyeva
Manşet.az