Azərbaycan gimnastları Almaniyada 2 qızıl medal qazandı

13:58 - 27 Oktyabr 2024

Azərbaycan gimnastları Almaniyada 2 qızıl medal qazandı

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Almaniyanın Kotbus şəhərində keçirilən "GymCity Open" beynəlxalq turnirində qızıl medallar qazanıblar.

 

Bu barədə Manset.az-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Hüseyn Abbasov və Əli Niftəliyev yarışda birinci yerin sahibi olublar.

Onlar fərdi proqram üzrə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az