İtaliya A Seriyasının təmsilçisi "Milan" yeni mövsüm öncəsi baş məşqçi postunda dəyişiklik edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, klub italyan mütəxəssis Massimiliano Alleqri ilə razılığa gəlib.
Gözlənilən qərar nəhayət rəsmiləşib. A Seriyasını səkkizinci pillədə tamamlayaraq azarkeşlərini məyus edən "qırmızı-qaralar" yenidən Alleqriyə etimad göstərib. Təcrübəli məşqçi daha əvvəl 2010-2014-cü illərdə də bu komandada çalışıb.
Alleqrinin "Milan"dakı ilk dönəmində komandası 178 oyuna çıxaraq 91 qələbə, 49 heç-heçə və 38 məğlubiyyətlə yadda qalıb. Onun rəhbərliyi altında Milan klubu 2010/11 mövsümündə A Seriyasının, 2011/12 mövsümündə isə İtaliya Superkubokunun qalibi olub.
"Milan"dakı karyerasından sonra Alleqri 2014-2019 və 2021-2024-cü illər ərzində "Yuventus"u iki dəfə çalışdırıb. Bu müddətdə o, Turin klubuna 5 A Seriyası çempionluğu, 5 İtaliya Kuboku və 2 Superkubok qazandırıb.