“Milan” “Mançester Siti”dən icarəyə götürdüyü Kayl Uokerlə müqaviləni satın almayacaq.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.
Yeni futbola uyğunlaşma və zədələr 35 yaşlı müdafiəçinin “Milan”ın vacib hissəsinə çevrilməsinə mane oldu.
“Rossoneri” müqaviləni almaq üçün 5 milyon avro ödəməli idi.
İngilis futbolçu 2026-cı ilin yayına kimi müqaviləsi olan “Mançester Siti”yə qayıdacaq. Bununla belə, “şəhərlilər” da veteranla hesablaşmır və ondan qurtulmaq niyyətindədir .
Uoker bu ilin yanvarında “Milan”a keçib. O, bütün turnirlərdə 15 matçda iştirak etsə də, qol vura bilməyib. Kaylın transfer dəyəri hazırda 6 milyon avro olaraq qiymətləndirilir.