Kriştianu Ronaldu Səudiyyə Ərəbistanında həftənin ən gözəl qolu mükafatına sahib çıxıb.
Manset.az Offsideplus.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduzun ötən həftə "Əl-Nəsr" - "Əl-Fateh" oyununda (5:1) uzaq məsafədən vurduğu qol bu mükafata layiq görülüb.
Qeyd edək ki, bu, onun 949-cu qolu olub.