"Qarabağ" "Zirə" ilə üz-üzə gələcək

09:25 - 06 Dekabr 2025

\"Qarabağ\" \"Zirə\" ilə üz-üzə gələcək

Misli Premyer Liqasında bu gün XIV tura start veriləcək.


Manset.az xəbər verir ki, "Qarabağ" səfərdə "Zirə" ilə üz-üzə gələcək. Görüş Zirə İdman Kompleksinin stadionunda, saat 17:00-da start götürəcək.

"Qarabağ" hazırda turnir cədvəlində 29 xalla lider mövqeyindədir. 26 xala malik "Zirə" isə ikincidir.

Misli Premyer Liqası

II dövrə, XIV tur

6 dekabr (şənbə)

17:00. "Zirə" – "Qarabağ"

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.

VAR: Əliyar Ağayev.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, XIV tura dekabrın 9-da yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az