Alonso Mbappe və Ronaldonu müqayisə etdi

23:58 - 06 Dekabr 2025

Alonso Mbappe və Ronaldonu müqayisə etdi

“Real”ın baş məşqçisi Xabi Alonso komandanın fransalı ulduzu Kilian Mbappeni əfsanəvi futbolçu Kriştiano Ronaldo ilə müqayisə edib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Mbappenin də portuqaliyalı ulduz kimi klub tarixində silinməz iz qoymaq yolunda addımladığını bildirib. O, hər iki futbolçunun oxşar xüsusiyyətlərə malik olduğunu vurğulayıb:

“Kilian da Kriştiano kimi tarix yazmağa doğru irəliləyir. Onun ambisiyası və statistik göstəriciləri çox yüksəkdir. O, həqiqətən də seçilmiş futbolçulardan biridir. Hər gün onunla çalışmaq böyük zövqdür. Mbappenin komandaya təsir etmək istəyi və enerjisi onu Ronaldoya bənzədən əsas xüsusiyyətlərdəndir”.

Alonso hər iki oyunçunun unikal futbolçu olduğunu qeyd edib:

“Kriştiano Kriştianodur, Kilian isə Kilian. Hər ikisi möhtəşəm futbolçudur. Kilianın heyətimizdə olması bizim üçün böyük şansdır və onun potensialından maksimum yararlanmalıyıq”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az