Messi karyerasında 48-ci kubokunu qazandı

09:00 - 07 Dekabr 2025

Messi karyerasında 48-ci kubokunu qazandı

Argentina millisinin hücumçusu Lionel Messi idman karyerasında 48-ci kubokunu qazanıb və "İnter Mayami"nin heyətində Amerika Peşəkar Futbol Liqasının (MLS) çempionu olub.


Manset.az xəbər verir ki, pley-off-un final matçında onun komandası "Vankuver"i 3:1 hesabı ilə məğlub edib.

Messi komandanın ikinci və üçüncü qollarında iki qol ötürməsi ilə yadda qalıb.

38 yaşlı argentinalı "İnter Mayami"nin heyətində dördüncü titulunu qazanıb. O, 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir. Daha əvvəl hücumçu "İnter Mayami" ilə Şimali Amerika Liqasının Kubokunu (2023), MLS-nin müntəzəm çempionatını (2024) və pley-offun Şərq Konfransını qazanmışdı.

Messi ən çox titulu "Barselona"da (35) əldə edib. İspaniya klubunun heyətində o, 10 dəfə İspaniya çempionatını, 8 dəfə ölkə Superkubokunu, 7 dəfə İspaniya Kubokunu, 4 dəfə Çempionlar Liqasını, 3 dəfə UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb.

Milli komanda ilə Messi 6 titul əldə edib: dünya çempionu (2022), Amerika Kuboku qalibi (2021, 2024), Olimpiya Oyunlarının qalibi (2008), "Finalissima" (2022) və 20 yaşadək futbolçular arasında dünya çempionu (2005).


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az