"Celta Vigo"ya qarşı alınan məğlubiyyət sonrası "Real Madrid"də baş məşqçi Xabi Alonsonun vəzifəsi təhlükə altına düşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Manchester City" ilə keçiriləcək oyun, Alonso üçün çox önəmli olacaq. Əgər ayrılıq gerçəkləşərsə, Zinedine Zidane və Jürgen Klopp ən güclü namizədlər kimi göstərilir. "Real Madrid" "La Liga"da 16 oyunun sonunda 36 xalla ikinci yerdə yerləşir, Çempiyonlar Liqasında isə 12 xalla beşinci sıradadır.
"La Liga"da öz sahəsində "Celta Vigo"ya 2-0 məğlub olan "Real Madrid"də vəziyyət qarışıb. Gözlənilməz məğlubiyyət sonrası klub rəhbərliyi, baş məşqçi Xabi Alonsonun gələcəyini müzakirə etməyə başlayıb.
"Bernabéu"dakı şok məğlubiyyət komanda daxilində və idarəetmə səviyyəsində ciddi narahatlıqlara səbəb olub.