Misli Premyer Liqasının XIV turunda keçirilən "Qəbələ" - "Turan Tovuz" oyunu təxirə salınıb.
Manset.az xəbər verir ki, buna Qəbələdə dumanlı hava şəraiti səbəb olub.
Qarşılaşma 23-cü dəqiqədə, hesab 0:0 olarkən dayandırılıb.
Matçın hansı tarixdə keçiriləcəyi ilə bağlı rəsmi məlumat daha sonra veriləcək.
***
17:35
Misli Premyer Liqasının XIV turunda keçirilən "Qəbələ" - "Turan Tovuz" oyunu yarımçıq dayandırılıb.
Manset.az xəbər verir ki, buna Qəbələdə dumanlı hava şəraiti səbəb olub.
Qarşılaşma 23-cü dəqiqədə dayandırılıb.
Matçın taleyi ilə bağlı qərar daha sonra veriləcək.