“Real" klubunun rəhbərliyi hücumçu Vinisius Juniorun müqavilə məsələsində son qərarını verib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, klub braziliyalı futbolçunun nümayəndəsinə artıq təklif olunmuş şərtlərin daha da yaxşılaşdırılmayacağını bildirib.
Məlumata əsasən, madridlilər Vinisiusa iki seçim təqdim ediblər: mövcud şərtlərlə yeni müqaviləni imzalamaq və ya yay transfer pəncərəsində satışa çıxarılmaq.
Noyabr ayında tərəflər yeni sözləşmə ilə bağlı razılığa gələ bilməmişdi. Bu vəziyyət fonunda futbolçuya “Mançester Siti”, “Çelsi” və Səudiyyə Ərəbistanının bir neçə klubu maraq göstərib.
25 yaşlı Vinisius 2018-ci ildən “Real”ın formasını geyinir. O, 2025/26 mövsümündə bütün turnirlərdə 22 oyunda iştirak edərək 5 qol vurub və 7 məhsuldar ötürmə edib.