Azərbaycan Premyer Liqasında 16-cı turunda “Karvan-Yevlax” Yevlaxda “Neftçi”ni qəbul edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Yevlax şəhər stadionunda keçirilən oyunu izləyənlər arasında “Neftçi”nin Müşahidə Şurasının üzvü, Elm və təhsil naziri Emin Əmrullayev də olub.
Qeyd edək ki, görüş “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra paytaxt təmsilçisi 20 xalla Azərbaycan Premyer Liqasında yeddinci yerə yüksəlib.