Braziliyalı müdafiəçi Tiaqo Silva karyerasını Portuqaliyada davam etdirəcək.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, futbolçu "Portu" klubu ilə müqavilə imzalayıb.
Klubun yaydığı məlumata görə, tərəflər 2026-cı ilin iyununa qədər razılığa gəliblər. Sözləşmədə müddətin 2027-ci ilin yayına qədər uzadılması imkanı da qeyd olunub. Müdafiəçinin transferində komandanın baş məşqçisi Andre Villaş-Boaşın xüsusi maraqlı olduğu vurğulanır.
Xatırladaq ki, Silva son olaraq Braziliyanın "Fluminense" klubunda çıxış edib. O, "Fluminense"də 212 oyun keçirib, 19 qol vurub və komandanın kapitanı olub. Təcrübəli müdafiəçi bu klubla 2007-ci ildə Braziliya Kubokunu qazanıb.