“Qarabağ“ bu nigeriyalı hücumçunu transfer edə bilər

10:14 - 25 Yanvar 2026

“Qarabağ“ bu nigeriyalı hücumçunu transfer edə bilər

Nigeriyalı hücumçu Salim Faqo Laval Azərbaycanın “Qarabağ” klubuna keçməyə yaxındır.


Manset.az Daily Post-a istinadən xəbər verir ki, futbolçunun oynadığı Xorvatiyanın “NK İstra 1961” klubu transfer üçün təxminən iki milyon avro qazanacaq. Müqavilənin yaxın bir neçə gün ərzində başa çatacağı gözlənilir.

Cari mövsümdə 23 yaşlı Laval “NK İstra”da bütün turnirlərdə 19 oyun keçirib, beş qol vurub və iki məhsuldar ötürmə edib.

O, 2025-ci ildə Afrika Millətlər Kubokunda Nigeriya millisinin heyətində yer alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az