"Liverpul"un baş məşqçisi Arne Slot ötən gecə "Sanderlend"lə matçda (1:0) zədələnənn futbolçusu Vataru Endonun durumu haqda danışıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, mütəxəssis 33 yaşlı müdafiəçinin topuq nahiyəsindən ciddi zədə aldığını təsdiqləyib:
"Bəli, zədə ciddidir, amma hələlik nə dərəcədə ciddi olduğunu bilmirik. Müayinə olunmalıdır. Hazırda Endonun vəziyyəti o qədər də yaxşı görünmür. Hər şey sabah aydın olacaq. Təxmin edirəm ki, o, uzun müddət oynaya bilməyəcək".
Xatırladaq ki, daha "Liverpul"da eyni mövqedə çıxış edən futbolçulardan Konor Bredli və Ceremi Frimponq da zədələnmişdi. Vataru Endo Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda "Qarabağ"la görüşdə məhz Frimponqun sıradan çıxmasında sonra meydana daxil olmuşdu.
Qeyd edək ki, Vataru cari mövsüm 13 görüşə çıxıb, 1 qol ötürməsi verib.