“Qalatasaray” "Eyüpspor"u məğlub etdi

23:32 - 13 Fevral 2026

“Qalatasaray” \"Eyüpspor\"u məğlub etdi

Türkiyə Super Liqasında XXII tura start verilib.


Manset.az xəbər verir ki, ilk oyun günündə lider "Qalatasaray" meydana çıxıb.

    Komanda "Eyüpspor"u qəbul edib. Görüş "sarı-qırmızılılar"ın tam üstünlüyü ilə keçib.

    Hesab erkən açılıb. Yunus Akgün fərqlənib. İlk hissənin sonlarında Mauro İkardi adını tabloya yazdırıb. Argentinalı forvard ikinci yarıda öncə dubl, daha sonra het-trik müəllifi olub. Qonaqların gücü yalnız təsəlli topuna çatıb. Metehan Altunbaş fərqlənib. Görüşün sonlarında Ceremi Onqenenin avtoqolu isə yekun nəticəni müəyyənləşdirib - 5:1.

    Qeyd edək ki, "Qalatasaray" 55 xalla turnir cədvəlinə liderlik edir. "Fənərbaxça" 49 xalla ikinci, "Trabzonspor" 45 xalla üçüncü pillədə qərarlaşıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az