Messi dünya çempionatında iştirak etməyə bilər

00:30 - 15 Fevral 2026

Messi dünya çempionatında iştirak etməyə bilər

Lionel Messi 2026-cı il dünya çempionatında iştirak etməyə bilər.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, "İnter Mayami”nin hücumçusunun qərarı fiziki durumundan asılı olacaq. Argentinalı futbolçu yeni MLS mövsümünə hazırlaşır. O, yayda DÇ-də oynaya bilər, lakin meydana çıxacağına zəmanət yoxdur.

Mənbənin məlumatına görə, 38 yaşlı Messi mundialı buraxmaq variantını nəzərdən keçirir. O, fiziki formasının 100 faiz hazır olmadığını hiss edərsə, yarışda iştirak etməyəcək. Futbolçu həmçinin MLS-in səviyyəsinin kifayət qədər yüksək və rəqabətli olmadığını düşünür, buna görə də ideal formada olmaq istəyir.

Xatırladaq ki, yaxın vaxtlarda onun sol bud nahiyəsindən zədə aldığı bildirilmişdi. Hazırda Messi tədricən bərpa olunur və komanda ilə məşqlərə qayıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az