UEFA Çempionlar Liqasında pley-off mərhələsi bu gün başlayır.
Manset.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.
Türkiyə klubu "Qalatasaray" öz meydanında İtaliyanın "Yuventus" komandası ilə üz-üzə gələcək. Oyun saat 21:45-də start götürəcək.
Günün oyunları belədir:
21:45 - "Qalatasaray" (Türkiyə) – "Yuventus" (İtaliya)
00:00 - "Benfika" (Portuqaliya) – "Real" (İspaniya)
00:00 - "Borussiya" (Dortmund, Almaniya) – "Atalanta" (İtaliya)
00:00 - "Monako" (Fransa) – PSJ (Fransa)
Digər oyunlar sabah keçiriləcək. Cavab matçları isə bir həftə sonra baş tutacaq.