UEFA Çempionlar Liqasının "Liverpul" ilə oynanılan matçında zədə alan və qolunun sındığı açıqlanan Viktor Osimhenin öz ölkəsi Nigeriyaya gedəcəyi bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının son 16 turunun ilk görüşündə 1-0 qazanan, lakin cavab oyununda səfərdə "Liverpul"a 4-0 məğlub olan "Qalatasaray" Avropa macərasını sona çatdırıb. Çempionlar Liqasına vidalaşan "Qalatasaray" Noa Lang və Viktor Osimhenin ardıcıl olaraq zədə xəbərləri ilə sarsılıb. "Liverpul" matçından sonra Qalatasaraydan verilən ilk açıqlamada Viktor Osimhenin sağ ön qolunda sındıqı bildirilib.
"Liverpul" matçında zədə alan Viktor Osimhen öz ölkəsi Nigeriyaya gedəcək.
Həmin xəbərdə Osimhenin əməliyyat olunub-olunmayacağının 23 mart bazar ertəsi günü aparılacaq əlavə müayinələrdən sonra bəlli olacağı qeyd edilib.