Türkiyənin İzmir şəhərində 13 aylıq uşaq faciəvi şəkildə dünyasının dəyişib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Alparslan A. şalğam suyu ilə dolu vedrəyə düşərək boğulub.
Hadisə ötən gün baş verib. Alparslan A.-nın anası təmizlik edərkən uşaq balkona çıxıb və nəticədə bu hadisə baş verib.
Ailəsinin məlumat verməsi ilə dərhal yerinə tibbi və polis əməkdaşları göndərilib. Xəstəxanaya aparılan Alparslan A. xilas edilə bilməyib.