"Əl-Nəsr" klubu Səudiyyə Ərəbistanı Pro Liqasının 27-ci turu çərçivəsində "Əl-Nəcmə" ilə keçiriləcək vacib oyun öncəsi ciddi itkilərlə üzləşib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, komandanın fransalı ulduzları Məhəmməd Simakan və Kinqsli Koman zədə səbəbindən kollektiv məşqlərə qatılmayıblar. Bildirilir ki, Simakanın ön əzələsində, Komanın isə bud nahiyəsində ağrılar yaranıb.
Qeyd edək ki, bu mövsüm "Əl-Nəsr"in heyətində 32 matça çıxan Koman 10 qol və 11 məhsuldar ötürmə, Simakan isə 28 oyunda 4 qol ilə yadda qalıb.
Xatırladaq ki, hazırda "Əl-Nəsr" 67 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi "Əl-Hilal"ı 3 xal qabaqlayır.