"Liverpul" baş məşqçi Arne Slotla yollarını ayırıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Arne Slot 2024-cü ilin yayında "Liverpul"u çalışdırırdı. Komanda niderlandlı çalışdırıcının rəhbərliyi altında ilk mövsümdə İngiltərə çempionu olub. Mersisayd təmsilçisi başa çatan mövsümündə isə Premyer Liqanı 60 xalla 5-ci pillədə başa vurub.