logo
logo logo
logo

Mahir Emreli "Rakuv"da tibbi müayinədən keçir

15:46 - 18 İyul 2026

Mahir Emreli \"Rakuv\"da tibbi müayinədən keçir

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Rakuv" klubuna transferi yekunlaşmaq üzrədir.


Manset.az Report-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu hazırda Ekstraklasa təmsilçisində tibbi müayinədən keçir.

Onun bu kluba keçidi gün ərzində və ya sabah açıqlanacaq. Çenstoxova şəhərinin təmsilçisi ötən mövsüm çempionatda dördüncü yeri tutaraq UEFA Konfrans Liqasına vəsiqə qazanıb. Komanda bu turnirin II təsnifat mərhələsində Maltanın "Valletta" kollektivi ilə üz-üzə gələcək.

Xatırladaq ki, azərbaycanlı forvard son olaraq Almaniyanın "Kayzerslautern" komandasının formasını geyinib. M.Emreli 2021/2022 mövsümünün ilk yarısında Polşada "Legiya"nın uğurları üçün çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az