logo
logo logo
logo

Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat aldı

15:09 - 19 İyul 2026

Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat aldı

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.


Manset.az AFFA-ya istinadən xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin 2 oyununda fəaliyyət göstərəcək

F. Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında "Flora" (Estoniya) – "Mgar Yunayted" (Malta) matçını idarə edəcək. Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-dəki görüşün yan xətt hakimi olacaq.

Fəridə Lütfəliyeva "Flora" – "Mgar Yunayted" qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın "Spartak Miyava" klubuna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi olacaq.

Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən "Spartak Miyava" stadionunda keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az