“Fənərbağça”nın qış transfer dönəmində heyətində ciddi dəyişikliklər edəcəyi gözlənilir.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin əcnəbi futbolçu limitində yer açmaq üçün iki oyunçu ilə yollarını ayırmağı planlaşdırdığı bildirilir.
“Fənərbağça” qış transfer dönəminə qədər ardıcıl qələbələr qazanaraq liderlərlə xal fərqini azaltmağı, yanvarda həyata keçiriləcək transferlərlə isə heyətini gücləndirməyi hədəfləyir.
İstanbul klubu yay transfer dönəmində zədə səbəbindən “Roma”ya keçidi baş tutmayan Ceyden Osteruoldla yanvar ayında yollarını ayırmağa hazırlaşır.
“Fənərbağça”nın yollarını ayırmağı planlaşdırdığı digər futbolçunun isə Nelson Semedo olduğu iddia edilib. Bildirilib ki, İstanbul təmsilçisi portuqaliyalı sağ cinah müdafiəçisi ilə də qış transfer dönəmində vidalaşacaq.