Malidən olan futbolçu Dorqeles Nene Türkiyənin "Fənərbağça" klubundan ayrılmaq istəyir.
Manset.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Afrikalı oyunçu artıq bununla bağlı agentinə də məlumat verib.
Xatırladaq ki, Dorqeles Nene 2025-ci ildən "Fənərbağça"da çıxış edir.