“Barselona” sağ cinah müdafiəçisi Xavi Espartın müqaviləsini yeniləyib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 2030-cu ilin yayına qədər sözləşmə imzalanıb.
Qeyd edək ki, Espart “Barselona”nın yetirməsidir. 19 yaşlı müdafiəçi əsas komandada debütünü cari ildə Çempionlar Liqasında “Nyukasl”a qarşı oyunda edib. Espart indiyədək “Barselona”nın əsas komandasında 11 matça çıxıb. O, bu görüşlərdə 1 qol vurub və 2 məhsuldar ötürmə edib.