logo
logo logo
logo

“Qalatasaray” onunla yollarını ayırmağa hazırlaşır 

16:47 - 12 Noyabr 2026

“Qalatasaray” onunla yollarını ayırmağa hazırlaşır 

“Qalatasaray” yay transfer pəncərəsində heyətinə qatdığı Lesli Uqoçukvu ilə vidalaşmağa hazırlaşır.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, böyük ümidlərlə icarəyə götürülən futbolçu İstanbul təmsilçisində gözlənilən performansı göstərə bilməyib. Türkiyədə yetərincə oyun şansı qazanmayan 20 yaşlı fransalı yarımmüdafiəçi az meydana çıxmasından narazı olduğu üçün komandadan ayrılmaq istəyir.

İndiyədək Türkiyə Superliqasında 5, UEFA Çempionlar Liqasında isə 2 olmaqla ümumilikdə 7 oyunda meydana çıxan futbolçu heç bir qarşılaşmada ilk dəqiqələrdən etibarən start heyətində yer almayıb. O, ümumilikdə cəmi 123 dəqiqə oynamaq imkanı əldə edib.

Gənc yarımmüdafiəçinin qış transfer pəncərəsində klubdan ayrılmağa müsbət yanaşdığı bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az