logo
logo logo
logo

Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu 

17:07 - 12 Noyabr 2026

Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu 

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.


Manset.az xəbər verir ki, Seneqalda 51 kq çəki dərəcəsində mübarizə aparan milli komandamızın üzvü finalda Qrenyellis Qarsiya (Venesuela) ilə üz-üzə gəlib.

Döyüşdə rəqib qalib gəldiyi üçün Hüseynova Olimpiya Oyunlarının ikincisi olub. O, bununla da Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazanan ilk azərbaycanlı qız boksçu kimi tarixə düşüb.

Qeyd edək ki, Gülər Hüseynovadan əvvəl oğlan boksçularımızdan Rüfət Hüseynov (49 kq) Nankin-2014-də qızıl, Sinqapur-2010-da Salman Əlizadə (48 kq) ilə Elvin İsayev (57 kq) gümüş, Buenos-Ayres-2018-də isə Nurlan Səfərov (60 kq) bürünc mükafat əldə ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az