logo
logo logo
logo

Deniz Gül əməliyyat olundu - “Qalatasaray” açıqladı

16:22 - 25 Noyabr 2026

Deniz Gül əməliyyat olundu - “Qalatasaray” açıqladı

“Qalatasaray” klubu “Aston Villa” üzərində qələbəni təmin edən qolun müəllifi Deniz Gülün əməliyyat olunduğunu açıqlayıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Aston Villa” ilə qarşılaşmada 77-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vuran Deniz Gül qol epizodu zamanı Nikolas Ceksonun müdaxiləsi nəticəsində burnundan zədə alıb. Futbolçu aldığı zədəyə görə əməliyyat olunub.

“Qalatasaray” klubunun açıqlamasında bildirilib:

“Çempionlar Liqasının dünən axşam keçirilən "Aston Villa" matçında üzünə aldığı zərbə nəticəsində futbolçumuz Deniz Gülün burnunda geniş dəri yarası və bununla yanaşı sınıq aşkarlanıb. Oyunçumuz bu gün sponsorumuz olan "Acıbadem Maslak" xəstəxanasında plastik cərrahiyyə və qulaq-burun-boğaz mütəxəssislərinin iştirakı ilə əməliyyat olunub.

Futbolçumuzun vəziyyəti tibbi heyətimiz tərəfindən gündəlik nəzarətdə saxlanılacaq. Ona tezliklə sağalmasını arzulayırıq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az