“Qarabağ”ın müdafiəçisi Almaniyada əməliyyat olundu

11:54 - 14 İyul 2021

“Qarabağ”ın müdafiəçisi Almaniyada əməliyyat olundu

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.

Manset.az  xəbər verir ki, bu barədə gənc müdafiəçi öz instaqram səhifəsi vasitəsilə məlumat yayıb.Ağdam klubunun Avstriyadakı təlim-məşq toplanışı zamanı sol ayağından zədələnən 21 yaşlı cinah oyunçusunun əməliyyatı Almaniyada baş tutub. Topuq bağları qopan Cəfərquliyevin ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı öncədən bildirilmişdi.

Qeyd edək ki, “Qarabağ”ın digər müdafiəçisi Bədavi Hüseynov da zədə səbəbindən uzun müddətə sıradan çıxıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az