Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ” (Azərbaycan) “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq.
Manset.az xəbər verir ki, oyun Plzendəki “Duşan Arena”da baş tutacaq.
Qeyd edək ki, bu gün keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Bakıda keçirilmiş ilk oyun qolsuz bitib. Cavab qarşılaşmasında qalib gələn komanda turnirin qrup mərhələsinə vəsiqə qazanacaq.
***
Matç başladı.
***
“Qarabağ” hesabı açdı.
38-ci dəqiqədə Filip Ozobiç fərqləndi.
***
İlk hissə bitdi.
***
İkinci hissə başladı.
***
58-ci dəqiqədə meydan sahiblərindən Yan Kopits tarazlığı bərpa edib.
***
Plzen təmsilçisi 2-ci topu "köhlən atlar"ın qapısından keçirməklə, hesabı öz xeyrinə dəyişib - 2:1.
***
Oyun başa çatdı.