Azərbaycan cüdoçusu Aydan Vəliyeva Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya çempionatında üçüncü yer uğrunda görüşə çıxıb.
Manset.az report-a istinadən xəbər verir ki, 48 kq çəki dərəcəsində rəqib macarıstanlı Luka Veq olub.
Vəliyeva rəqibinə qalib gələrək bürünc medal qazanıb.
Qeyd edək ki, daha əvvəl 55 kq-da yer alan Şahin Oruczadə gümüş medala yiyələnib.