Azərbaycanın qadın millisi Maltaya qalib gələrək qrupda dördüncü pilləyə YÜKSƏLDİ

23:43 - 02 Sentyabr 2022

Azərbaycanın qadın millisi Maltaya qalib gələrək qrupda dördüncü pilləyə YÜKSƏLDİ

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Manset.az report-a istinadən xəbər verir ki,  E qrupu matçında rəqib Malta olub.

Ta Kali şəhərində təşkil olunmuş qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb - 2:0.

Qolları 10-cu dəqiqədə Kristina Bakarandze və 60-cı dəqiqədə Diana Məmmədova meydan sahiblərinin qapısından keçibib.

Bu qələbədən sonra Azərbaycan millisi xalını 6-ya yüksəldərək, 4 xala malik Maltanı turnir cədvəlində üstələyib və 4-cü pilləyə qalxıb. Hər iki komanda 7 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az