Bu gün “Qarabağ” “Frayburq”la qarşılaşacaq

09:11 - 08 Sentyabr 2022

Bu gün “Qarabağ” “Frayburq”la qarşılaşacaq

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.

 

Manset.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Almaniyada “Frayburq”un qonağı olacaq.

“Europa-Park” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü belçikalı Erik Lambrextsin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. “Köhlən atlar”ın heyətində zədəli Kevin Medina, meydan sahiblərində isə Roland Şallai eyni səbəbdən görüşü buraxacaq.

Beləliklə, Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayacaq.

G qrupunun digər oyununda “Nant” Fransada Yunanıstan “Olimpiakos”unu qəbul edəcək.

UEFA Avropa Liqası

G qrupu

23:00. “Frayburq” (Almaniya) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: Erik Lambrexts (Belçika)

Frayburq. “Europa-Park” stadionu


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az