“Çelsi” yeni baş məşqçisini AÇIQLADI

19:43 - 08 Sentyabr 2022

“Çelsi” yeni baş məşqçisini AÇIQLADI

Londonun “Çelsi” klubu “Brayton”un keçmiş baş məşqçisi Qrem Potterin baş məşqçi postuna təyin olunduğunu açıqlayıb.

Manset.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında yazılıb. 

"Çelsi Futbol Klubu Qrem Potteri yeni baş məşqçimiz kimi qəbul etməkdən məmnundur. O, mütərəqqi futbolu və innovativ məşqçiliyini kluba gətirmək üçün bizə beş illik müqavilə ilə qoşulur".

Qeyd edək ki, Potter 2019-cu ildən "Brayton"dadır. Ötən mövsüm o, komandanı tarixində ən yaxşı nəticəyə gətirib çıxarıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az