“Qarabağ” Avropa liqasına məğlubiyyətlə başladı - VİDEO (Yeniləndi)

01:00 - 09 Sentyabr 2022

“Qarabağ” Avropa liqasına məğlubiyyətlə başladı - VİDEO (Yeniləndi)

Almaniyada UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda üz-üzə gələcək “Frayburq” və “Qarabağ”ın start heyətləri açıqlanıb.

 

Manset.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Frayburq”: 26. Mark Flekken, 3. Filip Linhardt 8. Maksimilian Eggeştayn, 18. Nils Petersen 25. Kiliann Sildillia, 27. Nikolas Höfler 28. Mattias Ginter 29. Çon U Yon, 30. Kristian Günter (k), 32. Vinçentso Qrifo, 42. Ritsu Doan

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.

Qeyd edək ki, bu gün “Europa-Park” stadionunda keçiriləcək “Frayburq” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

***

Matç başladı.

***

UEFA  Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Frayburq” - “Qarabağ” matçında hesab açılıb. 

Qarşılaşmanın 7-ci dəqiqəsində Qrifo penalti zərbəsi ilə meydan sahiblərini hesabda önə çıxarıb. 

***

UEFA  Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Frayburq” - “Qarabağ” matçında hesab dəyişib.

Manset.az xəbər verir ki, qarşılaşmanın 15-ci dəqiqəsində Doan hesab arasındakı fərqi artırıb.  

***

UEFA  Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Frayburq” - “Qarabağ” matçında hesab növbəti dəfə dəyişib.

Manset.az xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində komandamız fərqi azaldıb. 

Marko Veşoviç baxımlı zərbə ilə “Qarabağ”ın qolunu vurub. 

***

İlk hissə bitdi.

***

İkinci hissə başladı.

***

Matç bitdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az