Merih Demiralın yeni klubu AÇIQLANDI

23:26 - 06 Avqust 2021

Merih Demiralın yeni klubu AÇIQLANDI

"Yuventus"un futbolçusu Merih Demiralın "Atalanta"ya keçidi rəsmiləşib.

Manset.az klubun saytına istinadən xəbər verir ki, o, 2021/2022 mövsümün icarə əsasında sözügedən klubda keçirəcək. "Atalanta" Turin təmsilçisinə 2.5 milyon avro icarə haqqı ödəyəcək. Berqamo təmsilçisinin bu mövsümün sonu 25 milyon avro ödəyərək Türkiyə millisinin yarımmüdafiəçisini birdəfəlik almaq hüququ var.

Qeyd edək ki, M.Demiral ötən mövsüm "Yuventus"da meydana çıxdığı 24 matçda 1 qol ötürməsi verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az