İspaniya millisinin və “Real”ın (Madrid) sabiq qapıçısı İker Kasilyas Kriştianu Ronaldunu klubdakı karyerasında vurduğu 700-cü qol münasibətilə təbrik edib.
Manset.az xəbər verir ki, İker Kasilyas bu barədə öz “Twitter” səhifəsində yazıb.
“Klub səviyyəsində 700 qol əsl dəlilikdir, cənab Kriştianu Ronaldu! Bir qədər səbir və hər şey öz yerinə qayıdacaq”, - İker Kasilyas qapıçısı olduğu keçmiş komanda yoldaşı haqqında yazıb.
Xatırladaq ki “Mançester Yunayted”in hücumçusu Premyer Liqanın 10-cu turunda “Everton”la oyunda (2:1) yubiley qolunu vurub.
7️⃣0️⃣0️⃣ goles a nivel de clubs es una auténtica locura Señor @Cristiano !! Paciencia. Todo volverá a su sitio. 👌🏼
— Iker Casillas (@IkerCasillas) October 10, 2022