"Qarabağ" - "Olimpiakos" oyununa bu sayda bilet qaldı

18:43 - 11 Oktyabr 2022

\"Qarabağ\" - \"Olimpiakos\" oyununa bu sayda bilet qaldı

Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün cəmi 2 000 bilet qalıb.

 

Manset.az xəbər verir ki, Ağdam klubundan verilən məlumata görə, indiyədək satışa çıxarılmış 29 000 biletin hamısı satılıb. Son 2 000 bilet isə oktyabrın 12-dən satışda olacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29 və 38-ci sektorlar üçün nəzərdə tutulmuş biletləri yalnız kassalardan almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az