Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazandı - FOTO

18:51 - 15 Oktyabr 2022

Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazandı - FOTO

Azərbaycanın stolüstü tennisçisi Mərziyyə Nurmətova Çexiyanın Havirov şəhərində 15 və 17 yaşadək idmançılar arasında keçirilən “Eurotalents Development Camp” turnirdə gümüş medal qazanıb.

 

Federasiyadan Manset.az-a verilən məlumata görə, o, finalda uduzaraq, fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Oğlanların mübarizəsində isə Adil Əhmədzadə 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, turnirdə Çexiya, Azərbaycan, Avstriya, Niderland, Yunanıstan, Slovakiya, Latviya və Kosovo tennisçiləri yarışıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az