Azərbaycan futbolunda maraqlı görüntülər - VİDEO

21:26 - 15 Oktyabr 2022

Azərbaycan futbolunda maraqlı görüntülər - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunun “Turan Tovuz” – “Səbail” matçında maraqlı hadisə yaşanıb.

 

Manset.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində “Turan Tovuz”un qapısına penalti təyin olunub.

Lakin VAR-dan gələn xəbərlə əlaqədar qarşılaşmanın baş hakimi Kamal Umudlu görüntüləri özü izləməli olub. Həmin anda hər iki komandanın futbolçuları baş hakimlə birgə VAR görüntülərini izləməyə başlayıb.

Qeyd edək ki, Kamal Umudlu epizodun təkrarına baxdıqdan sonra penaltini ləğv edib.

“Futbolinfo.az”ın lentə aldığı həmin görüntüləri təqdim edirik:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az