Azərbaycanın 3 güləşçisi dünya çempionatında yarımfinala yüksəldi

16:51 - 17 Oktyabr 2022

Azərbaycanın 3 güləşçisi dünya çempionatında yarımfinala yüksəldi

Azərbaycanın üç yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində start götürən U-23 dünya çempionatında yarımfinala yüksəlib.

 

Manset.az xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən Nihad Quluzadə 1/4 finalda Giorgi Toxadzeyə (Gürcüstan) qalib gələrək, adını növbəti mərhələyə yazdırıb. O, finala gedən yolda Ken Matsuyi (Yaponiya) ilə qarşılaşacaq.

63 kq mübarizə aparan Ziya Babaşov 1/8 finalda Endi Xuan Suçu (İspaniya), ardınca isə Mustafa Safa Yıldırımı (Türkiyə) üstələyib. Onun yarımfinaldakı rəqibi İman Hussein Xan Məhəmmədi (İran) olacaq.

130 kq çəki dərəcəsində çıxış edən Sərxan Məmmədov ardıcıl olaraq, Damir Zuparov (Qazaxıstan) və Kolton Maykl Şultsu (ABŞ) məğlub edib. O, finala vəsiqə uğrunda Mixail Vişnivetski (Ukrayna) ilə üz-üzə gələcək.

87 kq mübarizə aparan Laçın Vəliyev isə startda Andreas Vaelisi (Estoniya) yensə də, 1/4 finalda Şimon Şimonoviçlə (Polşa) bacarmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az