Ronaldunun “Qızıl top” statistikası: 17 il əvvəlki nəticəni təkrarladı

11:08 - 18 Oktyabr 2022

Ronaldunun “Qızıl top” statistikası: 17 il əvvəlki nəticəni təkrarladı

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştianu Ronaldu bu il “France Football” jurnalının “Qızıl top”a layiq olan futbolçuların sesverməsində siyahıda sonuncu - 20-ci yerdə qərarlaşıb.

 

Manset.az xəbər verir ki, 37 yaşlı futbolçu sonuncu dəfə bu nəticəni 17 il əvvəl - 2005-ci ildə “Qızıl top”a namizədlərin siyahısına düşdüyü birinci ildə göstərib.

Həmən il “Qızıl top”u braziliyalı Ronaldinyo qazanıb. Ronaldu isə siyahıda sonuncu - 20-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, portuqaliyalı karyerası ərzində beş dəfə (2008, 2013, 2014, 2016 və 2017-cı illərdə) “Qızıl top”u qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az