Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başladı

19:53 - 19 Oktyabr 2022

Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başladı

Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış Kubokunda mübarizəyə başlayıb.

 

Manset.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gəlib.

Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşmada Xorvatiya təmsilçisi nominal meydan sahibi olub. Görüş "Murov"un 3:0 (25:19, 25:18, 25:20) hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab oyunu oktyabrın 20-də eyni məkanda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az