“Qalatasaray” “Beşiktaş”a qalib gəldi

23:50 - 05 Noyabr 2022

“Qalatasaray” “Beşiktaş”a qalib gəldi

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

 

Manset.az xəbər verir ki, “Qalatasaray” 12-ci turda evdə “Beşiktaş”ı qəbul edib. 

Hesabı 18-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Mauro İkardi açıb. 28-ci dəqiqədə Cenk Tosun bərabərlik qolunu vurub. İkardi 59-cu dəqiqədə özünün və komandasının 2-ci qoluna imza atıb. Beləliklə, “Qalatasaray” “Beşiktaş”ı məğlub edib - 2:1.

Qeyd edək ki, “Qalatasaray” turnir cədvəlində 24 xalla 2-ci, “Beşiktaş” isə 22 xalla 5-cidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az