Kotsoyev finala yüksəldi, digər iki cüdoçu bürünc medal qazana bilər: Böyük Dəbilqə

16:03 - 06 Noyabr 2022

Kotsoyev finala yüksəldi, digər iki cüdoçu bürünc medal qazana bilər: Böyük Dəbilqə

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.

 

Manset.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada serbiyalı Aleksandr Kukolla üz-üzə gələcək.

90 kq-da yarışan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə gürcüstanlı Luka Maysuradze ilə, 100 kq-dan yuxarı çəki dərəcəsindəki Camal Qamzatxano isə macarıstanlı Riçard Sipoçla güləşəcək.

Bu gün mübarizəyə qoşulan digər 9 idmançı medal şanslarını itirib.

Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq) və Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal əldə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az